...

Ermənistan Avropada ən az əməkhaqqı verilən üçüncü ölkədir

Dünya xəbərləri Materials 8 Yanvar 2015 15:40 (UTC +04:00)
Ermənistan Avropada ən aşağı əməkhaqqı verilən ölkələrin reytinqində üçüncü yeri tutub.
Ermənistan Avropada ən az əməkhaqqı verilən üçüncü ölkədir

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Ermənistan Avropada ən aşağı əməkhaqqı verilən ölkələrin reytinqində üçüncü yeri tutub.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu ölkədə orta əməkhaqqı 232 avrodur.

Reytinqə isə 178 avro ilə Ukrayna başçılıq edir. Üçüncü pillədə qərarlaşan Moldovada isə orta əməkhaqqı 190 avrodur.

Avropada ən çox Lixtenşteyn sakinləri qazanırlar. Bu ölkə vətəndaşlarının orta aylıq maaşı 4896 avrodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti