...

15 min litr dizeli sok butulkasında satmaq istədi

Dünya xəbərləri Materials 12 Yanvar 2015 12:46 (UTC +04:00)
İranın İslamşəhər şəhərində dizel yanacağı qaçaqmalçılığı ilə məşğul olan iki nəfər həbs olunub.
15 min litr dizeli sok butulkasında satmaq istədi

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İranın İslamşəhər şəhərində dizel yanacağı qaçaqmalçılığı ilə məşğul olan iki nəfər həbs olunub. Bunu şəhər polis idarəsinin rəisi İbrahim Həsənabadi deyib. Bu barədə Trend İran "Young journalist club"-ın saytına istinadən məlumat verir.

Onun sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, qaçaqçılar qeyri-qanuni yolla 15 min litr dizel yanacağı əldə edərək 10 min ədəd 1,5 litrlik sok butulkalarına doldurublar.

İ.Həsənabadi qeyd edib ki, həbs olunan iki nəfər dizel yanacağını Dezful şəhərindən əldə etdiklərini və Əfqanıstana apararaq orada satmaq istədiklərini bildiriblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti