...

Ermənilər Rusiya hərbi bazası ətrafında aksiya keçirirlər

Dünya xəbərləri Materials 14 Yanvar 2015 19:11 (UTC +04:00)
İki minə yaxın insan Rusiyanın Gümrüdəki hərbi bazası ətrafında etiraz aksiyası keçirir.
Ermənilər Rusiya hərbi bazası ətrafında aksiya keçirirlər

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

İki minə yaxın insan Rusiyanın Gümrüdəki hərbi bazası ətrafında etiraz aksiyası keçirir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, etirazçılar bir ailənin 6 üzvünü qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakovu təhvil verməyi tələb edirlər.

Məlumata görə, bazanın yaxınlığında gərginlik müşahidə edilir. Etirazçılar və hüquq-mühafizə orqanları arasında ara-sıra toqquşmalar baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti