Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/
Moskva metrosunda sərnişinlər üçün arakəsmələri açıq olan qatar xəttə buraxılıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu paytaxtın Nəqliyyat və İnkişaf Departamentinin rəhbəri Maksim Liksutov deyib.
Onun sözlərinə görə, yeni qatar sərnişinlərə bir vaqondan digərinə rahat keçməyə imkan verəcək.
Yeni qatarın hər bir vaqonu 330 sərnişin tutumludur, vaqonda oturacaq yerlərinin sayı isə 40 ədəddir. Baş vaqonlarda əlil və uşaq arabaları üçün də yerlər var.