Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Məftun Salmanov/
Yəmənin paytaxtı Sənada ordu bölmələri və üsyançı şiələr-hutilər arasında döyüş başlayıb.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, prezident sarayının yerləşdiyi ərazidə iriçaplı pulemyotlardan açılan atəş və mina partlayışları səsi eşidilir.
Prezident Abd Rəbbuh Mənsur əl-Hadinin harada olduğu bilinmir.
Sakinlər döyüş zonasını tərk edirlər. Dövlət televiziyası toqquşmalar barədə məlumat vermək əvəzinə, konsert proqramı təqdim edir.
Qeyd edək ki, hutilər Yəmən hökumətinə qarşı döyüşən şiə dəstələridir.