...

Siqaret qutularındakı fotolar dəyişdirildi

Dünya xəbərləri Materials 19 Yanvar 2015 14:57 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) tütün və tütün məhsulları ilə mübarizə çərçivəsində siqaret qutularında yerləşdiriləcək yeni fotoları yayımlayıb.
Siqaret qutularındakı fotolar dəyişdirildi

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Məftun Salmanov/

Avropa İttifaqı (Aİ) tütün və tütün məhsulları ilə mübarizə çərçivəsində siqaret qutularında yerləşdiriləcək yeni fotoları yayımlayıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Aİ-yə daxil olan ölkələr siqaret qutularının üzərində qan tüpürən qadın, müxtəlif üzvlərini itirən insan, tütünə görə müalicə edilən körpə və uşaq fotolarından istifadə edəcəklər.

Qeyd edək ki, hazırda dünyada 77 ölkədə tütün məhsullarının qutularının üzərində şəkilli xəbərdarlıq var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti