...

Rusiyanın Gümrüdəki hərbi bazasında yalnız müqavilə əsasında xidmət keçən hərbçilər olacaq

Dünya xəbərləri Materials 20 Yanvar 2015 14:11 (UTC +04:00)
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının şəxsi heyəti gələn ilin yazından yalnız müqavilə əsasında xidmət keçən hərbçilərdən komplektləşdiriləcək.
Rusiyanın Gümrüdəki hərbi bazasında yalnız müqavilə əsasında xidmət keçən hərbçilər olacaq

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının şəxsi heyəti gələn ilin yazından yalnız müqavilə əsasında xidmət keçən hərbçilərdən komplektləşdiriləcək. Trend xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Silahlı Qüvvələri Baş qərargahından deyiblər.

Məlumatda deyilir: "Çağırış üzrə xidmət keçən son hərbi qulluqçular 102-ci hərbi bazanı 2016-cı ilin yazında tərk edəcəklər".

Baş qərargahın nümayəndəsi qeyd edib ki, bu qərar hələ ötən il qəbul edilib və yanvarın əvvəlində altı nəfərin öldürüldüyü Gümrüdə baş vermiş faciəli hadisə ilə bağlı deyil. Həmin cinayəti törətməkdə Rusiya hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakov təqsirləndirilir.

Agentliyin müsahibi xatırladıb ki, 2014-cü ilin dekabrından Tacikistandakı bazanın şəxsi heyəti müqavilə əsasında xidmət keçən hərbçilərdən komplektləşdirilir.

Onun sözlərinə görə, eləcə də hərbi dairələrin toplanış məntəqələrində Rusiyanın xarici hərbi bazalarında xidmət keçmək üçün göndəriləcək hərbi qulluqçuların mənəvi-psixoloji keyfiyyətləri diqqətlə yoxlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti