...

İstanbulda 45 avtomobilin iştirakı ilə zəncirvari qəza: xəsarət alanlar var

Dünya xəbərləri Materials 11 Fevral 2015 14:27 (UTC +04:00)
İstanbulda 45 avromobilin iştirakı ilə zəncirvari qəza baş verib, nəticədə 60 nəfər xəsarət alıb.
İstanbulda 45 avtomobilin iştirakı ilə zəncirvari qəza: xəsarət alanlar var

Azərbaycan, Bakı, 11 fevral /Trend/

İstanbulda 45 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, nəticədə 60 nəfər xəsarət alıb. Bu barədə Trend çərşənbə günü "Milliyet" qəzetinə istinadən xəbər verir.

Qəzaya səbəb yolların buz bağlaması olub.

Hadisə yerində təcili yardım briqadaları çalışır.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Çərşənbə günü güclü qar yağması ilə əlaqədar dəniz və təyyarə reysləri təxirə salınıb, eləcə də bəzi vilayətlərdə məktəblər bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti