...

Ermənistanda tanınmış iş adamı özünü güllələdi

Dünya xəbərləri Materials 16 Fevral 2015 15:56 (UTC +04:00)
Ermənistanda tanınmış sahibkar intihar edib.
Ermənistanda tanınmış iş adamı özünü güllələdi

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Ermənistanda tanınmış sahibkar intihar edib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, "Levon Amirxanyan" MMC-nin direktoru Abram Amirxanyan fevralın 16-da mənzilinin yataq otağında tapançadan atəş açmaqla intihar edib.

Qeyd edək ki, 61 yaşlı sahibkarın 2005-ci ildə qurduğu şirkət çoxotaqlı, çoxfunksiyalı binaların tikintisi ilə məşğul olur. Son vaxtlar şirkətin maliyyə çətinlikləri olub. MMC-nin tikdiyi mənzillərin sahibləri aldıqları evlərinə yerləşə bilmirdilər, belə ki, mənzillər bankda girov qoyulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti