Azərbaycan, Bakı, 4 mart /Trend/
Ermənistanda Rusiya Cənub Hərbi Dairəsinin hərbi bazasının 400 artilleriyaçısının iştirakı ilə təlimlər başlayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təlimlər dəniz səviyyəsindən 2 min metr yüksəklikdə keçirilir və martın sonunadək davam edəcək.
Məşğələlər döyüş atışı ilə birlkdə artilleriyaçıların taktiki təlimləri ilə başa çatacaq. Bu zaman dağlıq ərazidə şərti düşmənin obyekt və canlı qüvvəsinin məhv edilməsi tapşırığı yerinə yetiriləcək.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir.