...

Qatil futbolçu 15 il azadlıqdan məhrum edildi

Dünya xəbərləri Materials 14 Mart 2015 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Oyun zamanı hakimi öldürmüş amerikalı həvəskar futbolçu Bassel Səəd 15 il həbs cəzası alıb. Trend-in məlumatına görə, bu barədə "Newsday" xəbər yayıb.

Qatilin 8 ildən sonra şərti olaraq azadlığa buraxılması istisna olunmur.

36 yaşlı əslən livanlı olan Səəd öldürülmüş 44 yaşlı arbitr Con Beneviçin ailəsindən üzr istəyib, həmçinin bildirib ki, onlar üçün dua edir.

Hadisə 2014-cü ilin iyununda Miçiqan futbol liqasının matçı zamanı baş verib. Səəd hakim onu meydandan uzaqlaşdırmaq istəyərkən ona zərbə vurub. İki gün sonra arbitr yerli xəstəxanada dünyasını dəyişib. Ekspertlərin gəldikləri nəticəyə əsasən, ölümün səbəbi boyuna vurulan zərbə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti