Azərbaycan, Bakı, 26 mart /Trend/
Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasına Lalayan küçəsində yeni məntəqə təqdim edilib.
Trend-in "Mediamaks" agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul olunub.
Xatırladaq ki, Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov yanvarın 12-də Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirmişdi.