Nyu-York şəhər polisi Mahnettendə uçmuş binanın altından 2 cəsəd aşkarladığları barədə məlumatı təsdiq edib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Cəsədlər bazar günü axtarışlar zamanı tapılıb. Ölənlərin şəxsiyyəti hələ məlum deyil.
Verilən məlumata görə, cümə axşamı günü partlayış nəticəsində Nyu-Yorkda 3 bina uçmuş və biri yanğın nəticəsində ciddi zərər almışdır. Hadisə nəticəsində 23 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb.