Azərbaycan, Bakı, 3 aprel /Trend/
Ankaranın Çankaya rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.
Avtobus sürücünün idarəetməni itirməsi səbəbindən təxminən 10 metr yüksəklikdən aşıb. Hadisə nəticəsində 14 nəfər yaralanıb.
Yaralılar dərhal xəstəxanalara çatdırılıb. Üç nəfərin vəziyyəti ağır dəyərləndirilir. Bir nəfərin öldüyü bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.