Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
İstanbul Ədalət Sarayına silahlı basqın və prokuror Səlim Kirazın öldürülüməsi ilə bağlı aparılan istintaq nəticəsində hadisənin sifarişli olduğu müəyyən edilib.
Trend-in "Habertürk"ə istinadən verdiyi məlumata görə, isntintaq nəticəsində qətlin sifarişçisinin İtaliyada yaşayan Erdal Ünal olduğu üzə çıxıb.
Həmçinin qeyd olunur ki, "İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi" (DHKP-C) terror qruplaşmasının üzvü olan E.Ünal İtaliyada həbs olunub və yaxın zamanda Türkiyəyə göndəriləcək.
Türkiyədə prokurorun qətlinin sifarişlə törədildiyi müəyyən olunub
İstanbul Ədalət Sarayına silahlı basqın və prokuror Səlim Kirazın öldürülüməsi ilə bağlı aparılan istintaq nəticəsində hadisənin sifarişli olduğu müəyyən edilib.