...

Türkiyədən Suriyaya keçməyə çalışan 15 Çin vətəndaşı saxlanılıb

Dünya xəbərləri Materials 8 Aprel 2015 10:24 (UTC +04:00)
Türkiyədə Suriyadakı döyüşçülərə qoşulmaq üçün sərhədi qanunsuz keçməyə çalışan 15 Çin vətəndaşı saxlanılıb.
Türkiyədən Suriyaya keçməyə çalışan 15 Çin vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə Suriyadakı döyüşlərə qoşulmaq üçün sərhədi qanunsuz keçməyə çalışan 15 Çin vətəndaşı saxlanılıb.

Trend-in "Milliyet"ə istinadən verdiyi məlumata görə, Çin vətəndaşları Qaziantəp vilayətində saxlanılıblar. Ordan həmin şəxslərin Suriyaya keçməyə hazırlaşdığı bildirilir.

Saxlanılmış Çin vətəndaşları vətənlərinə deportasiya olunacaqlar.

Son iki həftə ərzində Türkiyədən Suriyaya keçməyə çalışan 30-dan çox xarici vətəndaş saxlanılıb.

Bundan əvvəl Türkiyə rəsmiləri Avropa ölkələrinin xüsusi xidmətləri tərəfindən şübhəli şəxslər barədə məlumatlar verilmədiyini, bununla da onların radikalları başdan etməyə çalışdıqlarını bildirmişdilər. 2013-cü ildən İraq və Suriya ərazilərində möhkəmlənən "İslam dövləti" (İŞİD) qruplaşması öz sıralarına minlərlə xarici vətəndaş toplaya bilib. Xarici vətəndaşlar əksər hallarda qanunsuz şəkildə Suriyaya keçə bilmək üçün Türkiyə ərazilərindən istifadə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti