...

Ekspertiza Gümrüdə 7 nəfəri qətlə yetirən rus hərbçisini psixi cəhətdən sağlam hesab edib

Dünya xəbərləri Materials 9 Aprel 2015 14:30 (UTC +04:00)
Psixiatrik ekspertiza Ermənistanda 7 nəfərlik ailənin qətlində ittiham olunan rusiyalı hərbçi Valeriy Permyakovun cinayət vaxtı ağlı başında olduğunu müəyyən edib.
Ekspertiza Gümrüdə 7 nəfəri qətlə yetirən rus hərbçisini psixi cəhətdən sağlam hesab edib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Psixiatrik ekspertiza Ermənistanda 7 nəfərlik ailənin qətlində ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun cinayət vaxtı anlaqlı vəziyyətdə olduğunu müəyyən edib.

Trend-in "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatlı mənbə bildirib.

"İstintaqın tapşırığı ilə aparılan psixiatrik ekpsertiza nəticəsində V.Permyakovun psixi cəhətdən sağlam olduğu qənaətinə gəlinib. O, cinayət vaxtı öz hərəkətlərini tamamilə dərk edib", - deyə agentliyin müsahibi qeyd edib.

Onun sözlərinə görə, eskpertiza stasionar şəkildə Gümrüdəki Rusiya hərbi bazasında aparılıb: "Ekspertlər bəzi psixi pozuntular müəyyən ediblər, lakin bütövlükdə Permyakov psixi cəhətdən sağlam olaraq qiymətləndirilib. Hazırda ona qarşı yekun ittihamlar irəli sürmək və məhkəməyə yönəltmək üçün bürün əsaslar var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti