Azərbaycan, Bakı, 17 aprel /Trend/
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Fransua Olland aprelin 23-24-də Yerevanda qondarma "erməni soyqırımı" ilə bağlı keçirilən tədbirlər çərçivəsində görüşə bilərlər.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, V.Putinin və F.Ollandın Yerevana səfəri bir vaxta düşür: "Onlar Yerevanda bir vaxtda olacaqlar. Buna görə də onların Yerevanda görüşəcəyini istisna etmək olmaz".