...

Ermənistanda öldürülən rus əsgərin xidmət yoldaşı həbs edilib

Dünya xəbərləri Materials 15 İyun 2015 15:52 (UTC +04:00)
Ermənistanın Gümrü şəhərində Rusiyanın 102 saylı hərbi bazasında xidmət edən İvan Novikov adlı əsgərin öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb.
Ermənistanda öldürülən rus əsgərin xidmət yoldaşı həbs edilib

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102 saylı hərbi bazasında xidmət edən İvan Novikov adlı əsgərin öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb.

Trend-in "News.am" saytına istinadən verdiyi məlumata əsasən, bu barədə baza rəisinin şəxsi heyətlə iş üzrə müavini Aleksey Polyuxoviç jurnalistlərə deyib.

O bildirib ki, saxlanılan şəxs müqavilə əsasında bazada xidmət göstərən əsgər olub: "Müstəntiqlər onun ifadəsini alırlar. Adını açıqlaya bilmərəm".

A.Polyuxoviç baş vermiş hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti