...

Pakistanda istidən 570 nəfər öldü

Dünya xəbərləri Materials 23 İyun 2015 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Pakistanın cənubunda anomal istilərdən ölənlərin sayı 572 nəfərə çatıb. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "News International" qəzeti xəbər verir.

Bazar ertəsi yağan yağış havanın temperaturunu bir qədər azaldıb. Həkimlər əhalini günəş altında çox qalmamağa və yüngül pambıq paltar geyinməyə çağırır.

Qəzetin məlumatına əsasən, elektrik enerjisinin saatlarla kəsilməsi ölkənin bir neçə yerində hökumət əleyhinə etirazlara səbəb olub.

Sinoptiklər yaxın günlərdə Pakistanın bir çox regionlarında leysan yağacağını bildirib. Buna baxmayaraq, qarşıdan gələn həftədə yenidən isti düşəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti