...

Türkiyədə ağır yol qəza hadisəsi baş verib

Dünya xəbərləri Materials 6 İyul 2015 10:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Manisa vilayətində yük maşını ilə işçiləri daşıyan avtobusun toqquşması nəticəsində 15 nəfər həlak olub.

Trend "TRT Haber" telekanalına istinadən xəbər verir ki, həlak olanların sayının artacağı istisna edilmir. Xəsarət alanlar barədə isə hələlik məlumat verilmir.

Qəzada həlak olanların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti