Filippində 1300-dən çox məktəbli konfetdən zəhərlənib

Dünya xəbərləri Xəbər 11 İyul 2015 12:04 (UTC +04:00)
Filippinin cənubunda 1300-dən çox məktəbli konfetdən zəhərlənib.
Filippində 1300-dən çox məktəbli konfetdən zəhərlənib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Filippinin cənubunda 1300-dən çox məktəbli konfetdən zəhərlənib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, zəhərlənənlər arasında ibtidai sinif şagirdləri üstünlük təşkil edir.

Baş vermiş hadisəyə görə, 12 nəfər həbs edilib. Xəstəxanaya yerləşdirilənlər arasında müəllimlər də var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti