...

Türkiyədə koalisiya yaratmaq üçün MHP ilə danışıqlar başladı

Dünya xəbərləri Materials 14 İyul 2015 16:51 (UTC +04:00)
Türkiyənin Baş naziri Əhməd Davudoğlu müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə koalisiya hökumətinin yaradılması barədə danışıqlara başlayıb.
Türkiyədə koalisiya yaratmaq üçün MHP ilə danışıqlar başladı

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Əhməd Davudoğlu müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə koalisiya hökumətinin yaradılması barədə danışıqlara başlayıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən xəbər verir.

Ötən gün Ə.Davudoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə danışıqlar aparmışdı.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə MHP-nin baxışları oxşardır. MHP AKP siyasətini tənqid etsə də, CHP-dən fərqli olaraq, hakim partiyaya qarşı mülayim siyasət aparır.

Hətta 2013-cü il Taksim hadisələri zamanı partiya tərəfdaşları CHP və Xalqların Demokratik Partiyası (HDP) tərəfdaşlarından fərqli olaraq, kütləvi etiraz aksiyalarında iştirak etməmişdi.

MHP lideri D.Bahçeli hələ o vaxt tərəfdaşlarını hakimiyyətlə yalnız demokratik yolla mübarizə aparmağa çağırmışdı.

Bu iki partiya Suriya məsələsi ilə bağlı demək olar ki, eyni siyasət yürüdür.

Əsas fikirayrılığı kürd probleminin demokratik yolla həll edilməsinə aiddir.

Bununla yanaşı, MHP lideri D.Bahçelinin ölkə prezidentini həmişə tənqid etməsi bu koalisiyanı daha "kövrək" edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti