...

Türkiyədə ağır yol qəzası: 40 yaralı

Dünya xəbərləri Materials 15 İyul 2015 10:01 (UTC +04:00)
Türkiyənin Bolu vilayətində yük maşını ilə avtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 40 nəfər yaralanıb.
Türkiyədə ağır yol qəzası: 40 yaralı

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Bolu vilayətində yük maşını ilə avtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 40 nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır. Trend bu barədə "Hurriyet" qəzetinə istinadən xəbər verir.

Həlak olanların sayının artacağı istisna edilmir.

Xəsarət alanların hamısı Türkiyə vətəndaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti