Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Baş naziri Əhməd Davudoğlu kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) ilə koalisiya hökumətinin formalaşdırılmasını istisna etmir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Ə.Davudoğlu HDP-nin lideri Səlahəddin Demirtaşla görüşdən sonra deyib.
Onun sözlərinə görə, hazırda Ədalət və İnkişaf Partiyası (AKP) koalisiya hökumətinin formalaşdırılması üçün bütün siyasi partiyalarla danışıqlar aparır: "HDP seçicilərin 13,1 faiz səsini toplamış partiyadır. HDP AKP ilə koalisiya qurmağın həmişə əleyhinə olduğundan AKP daha əvvəl partiya ilə koalisiyaya qarşı çıxıb".