Azərbaycan, Bakı, 15 iyul /Trend/
Mərakeşin Kasablanka şəhərindəki məscidlərin birində siçanın peyda olması nəticəsində yaranmış basırıq zamanı 80-dən çox insan xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, xəsarət alanların çoxu qadındır.
Hadisə Qədr gecəsini keçirmək üçün məcsidə gələnlər arasında baş verib. Siçan məsciddəki qadınlardan birinin ayağının üstünə çıxdıqdan sonra çaxnaşma yaranıb. Təşviş zamanı 7 aylıq hamilə qadının ayağı sınıb. 70-dən çox qadın tibbi yardım üçün müraciət edib.