...

Gümrüdə rusiyalı hərbçinin iştirakı ilə növbəti insident

Dünya xəbərləri Materials 20 İyul 2015 13:32 (UTC +04:00)
Ötən gecə Gümrüdə Rusiya hərbi bazasının əməkdaşının iştirakı ilə yol qəzası baş verib.
Gümrüdə rusiyalı hərbçinin iştirakı ilə növbəti insident

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Ötən gecə Gümrüdə Rusiya hərbi bazasının əməkdaşının iştirakı ilə yol qəzası baş verib.

Trend-in "Novosti Armenii" agentliyinə istinadən verdiyi məlumata əsasən, 27 yaşlı Aleksandr Qalentyev içkili vəziyyətdə idarə etdiyi "Mersedes" markalı maşınla 3 avtomobilə dəyib. Hərbçi "Gümrü" tibb mərkəzinə yerləşdirilib.

Mərkəzin direktor müavini Armen Xaçatryan bildirib ki, hərbçi ambulator müalicə aldıqdan sonra evə buraxılıb.

Vilayət prokuroru Raffi Aslanyan isə qeyd edib ki, Hərbi polis hadisəylə bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti