Azərbaycan, Bakı, 29 iyul /Trend/
Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Hərəkatın rəhbərlərindən biri David Sanasaryan iyulun 29-u axşam saatlarında təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb.
Trend-in "Novosti Armenii" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Sanasaryan polisin ona qarşı güc tətbiq etməsinə şikayətlənirdi, onun başından zərbə endirildiyini bildirirdi.
Bunların nəticəsi olaraq, Sanasaryan yerə uzanıb, onun üçün təcili yardım xidməti çağırılıb.
Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.