...

Misirdə isti havalardan ölənlərin sayı 40 nəfərə çatıb

Dünya xəbərləri Materials 11 Avqust 2015 20:26 (UTC +04:00)
Misirdə isti havalardan ölənlərin sayı 40 nəfərə çatıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti Misirin "Al-Axram" qəzetinə istinadən məlumat verib.
Misirdə isti havalardan ölənlərin sayı 40 nəfərə çatıb

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Misirdə isti havalardan ölənlərin sayı 40 nəfərə çatıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti Misirin "Al-Axram" qəzetinə istinadən məlumat verib.

Misirin Səhiyyə Nazirliyindən verilən məlumatda bir müddət əvvəl isti havalarda ölənlərin sayının 20 nəfər olduğu bildirilmişdi.

Məlumatda qeyd olunur ki, təkcə son gün ərzində Qahirədə istilərdən 11 nəfər dünyasını dəyişib. Paytaxtda temperaturun 37 dərəcə olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti