...

İraqda qaçırılmış Türkiyə vətəndaşları azad edilib

Dünya xəbərləri Materials 28 Sentyabr 2015 11:25 (UTC +04:00)
İraqda daha əvvəl qaçırılmış 10 türkiyəli vətəndaşdan son 8 nəfəri azad edilib.
İraqda qaçırılmış Türkiyə vətəndaşları azad edilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

İraqda qaçırılmış 10 türkiyəli vətəndaşdan son 8 nəfəri azad edilib. Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bir müddət əvvəl İraqda qaçırılmış 2 Türkiyə vətəndaşı azad edilmişdi.

Türkiyə rəsmiləri məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Xatırladaq ki, sentyabrın 2-də Bağdadda "Nurol İnşaat" şirkətinin əməkdaşları olan 10 Türkiyə vətəndaşı qaçırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti