...

ABŞ dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Dünya xəbərləri Materials 28 Oktyabr 2015 06:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Mərkəzi Asiya ölkələrinə səfər edəcək. Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

"Dövlət katibi Bişkek, Səmərqənd, Astana, Düşənbə və Aşqabada səfər edəcək. Con Kerri hər bir ölkədə yüksək vəzifəli dövlət rəsmiləri ilə ikitərəfli danışıqlar aparmaq niyyətindədir. Bu Kerrinin Mərkəzi Asiyaya ilk səfəri olacaq", deyə Con Kirbi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti