Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
Böyük Britaniya hakimiyyəti Londonda böyük bir məscidin tikilməsinə qadağa qoydu.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, məscidin tikilməsi şəhərin Nyuem adlı ərazisində, Londonun şərqində planlaşdırılırdı.
Qeyd olunur ki, məscidin Müqəddəs Pavel kafedral kilsəsindən böyük olması nəzərdə tutulurdu.
Layihəyə əsasən, "meqa-məscid"-in əsas hissəsi 9300, əlavə hissəsi isə daha 2 min nəfər üçün nəzərdə tutulmuşdur.