...

Fransua Olland: Bu müharibədir (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 Noyabr 2015 14:35 (UTC +04:00)
"Parisdəki terror aktlarının arxasında İŞİD dayanır".
Fransua Olland: Bu müharibədir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:07-də yayılıb)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

"Parisdəki terror aktlarının arxasında İŞİD dayanır".

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Fransua Olland deyib.

Dövlət başçısı qeyd edib ki, bu, müharibə aktıdır və bu hücumların arxasında terrorçu ordu, İŞİD, cihadçılar dayanıb: "Onlar Fransanın, bizim bütün dünyada qoruduğumuz dəyərlərin əleyhinədirlər".

Qeyd edək ki, Paris prokurorluğunun məlumatlara əsasən, baş vermiş terror aktları nəticəsində 128 nəfər ölüb, 250 nəfər xəsarət alıb.

Ölkədə üç günlük matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti