Azərbaycan, Bakı, 16 noyabr /Trend/
"EI AI" şirkətinə məxsus təyyarə ABŞ-ın Billinqs şəhərində (Montana ştatı) texniki nasazlığa görə məcburi eniş edib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.
"Boeing-777" tipli təyyarə Təl-Əvivdən Los-Anceles şəhərinə uçurdu.
Verilən məlumatlara görə, təyyarənin içərisində 279 sərnişin və 20 nəfər ekipaj üzvü olub. Xəsarət alan olmayıb.