Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə və İran rəqib deyil və ölkələr arasında fikir ayrılığı yalnız Suriya və İraq böhranları üzrə mövcuddur. Trend-in məlumatına görə, bunu CNN telekanalına müsahibəsində Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Ankara İranın üzərindən sanksiyaların götürülməsini alqışlayır: "İran bizim yaxın qonşumuzdur və son 20 ildə Ankara və Tehran arasında əlaqələr daha da möhkəmlənib".