Bakı. Elçin Hüseynov - Trend:
Amerika federal hökümətinin borcu 19 trilyon dolları keçib. Bu barədə Trend "The Washington Times" qəzetinə istinadən xəbər verir.
Yanvar ayının sonuna olan məlumata görə, xarici borcun məbləği ABŞ ÜDM-in 103 faizini təşkil edib. Ümumi məbləğdən 13,7 trilyon dollar özəl sektorun (şirkət və şəxslər) payına düşür. 5,3 trilyon dollar isə hökümətin ABŞ-ın Federal Ehtiyat Sistemi qarşısında ölkə daxili borclar təşkil edir.
Prezident Barak Obamanın 7 illik prezidentliyi müddətində ABŞ-ın dövlət borcu iki dəfə artaraq 8 trilyon çoxalıb.
Dövlət borcunun eyni artım dinamikası Corc Buşun (oğul) prezidentliyi dövründə də muşahidə edilib.