Bakı. Trend:
Pakistanın Kvetta şəhərində güclü partlayış baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, avtomobil konvoyunun keçidi zamanı törədilən partlayış nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.
Ölənlərin əksəriyyəti mülki şəxslərdir. Onların arasında azyaşlı uşaq da var. Hücum edən şəxs üzərindəki bombanı işə salıb.