...

Ukraynada hərbi xidmət keçmiş əcnəbilərə yaşamaq hüquqi verilir

Dünya xəbərləri Materials 18 Fevral 2016 11:48 (UTC +04:00)
Ukraynanın Silahlı Qüvvələrində hərbi xidmət keçmiş əcnəbilərə bundan sonra vətəndaşlıq almaq asan olacaq.
Ukraynada hərbi xidmət keçmiş əcnəbilərə yaşamaq hüquqi verilir

Bakı. Elçin Hüseynov - Trend:

Ukraynanın Silahlı Qüvvələrində hərbi xidmət keçmiş əcnəbilərə bundan sonra vətəndaşlıq almaq asan olacaq. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, buna dair müvafiq qanun Ukraynada fevralın 19-dan qüvvəyə minir.

Bununla, Ukrayna Silahlı Qüvvələrində müqavilə əsasları ilə hərbi xidmət keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə qanuni olaraq 3 il ərzində yaşayış hüquqi verilir.

Bundan əvvəl Ukrayna parlamenti əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ölkənin Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmət keçməyə icazə verən qanun qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti