...

Kosmosa iki saatlıq uçuş turistlərə 250 min dollara başa gələcək

Dünya xəbərləri Materials 20 Fevral 2016 12:54
ABŞ-ın "Virgin Galactic" şirkəti turistlər üçün SpaceShipTwo modelinin yeni subotbital kosmik gəmisini təqdim edib.
Kosmosa iki saatlıq uçuş turistlərə 250 min dollara başa gələcək

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ-ın "Virgin Galactic" şirkəti turistlər üçün SpaceShipTwo modelinin yeni subotbital kosmik gəmisini təqdim edib. Trend TASS-a istinadən xəbər verir ki, yeni model 1,5 il əvvəl qəzaya uğramış ilk subotbital turist gəmisinin əsasında yaradılıb.

Gəmi Los-Anceles şəhərinə yaxın "Virgin Galactic"in sınaq anqarlarının birində mütəxəssis, jurnalist və potensial müştərilərə şirkətin sahibi, britaniyalı milyarder Riçard Brenson tərəfindən təqdim olunub.

Xarici görünüşünə görə, yeni gəmi 2014-ci ilin oktyabrında sınaq uçuşu zamanı qəzaya uğramış birinci modeldən heç də fərqlənmir. İstintaqçıların fikrincə, o zaman gəminin qəzaya uğraması səbəblərindən biri pilotun səhvi olub. Qəza zamanı bir pilot həlak olub, ikincisi isə xəsarət alıb.

"Virgin Galactic"in nümayəndələri əminliklərini ifadə edirlər ki, səhvlərdən bütün lazımi nəticələr cıxarılıb və "VSS Unity" adını almış yeni gəmi təhlükəsizdir. Gəminin idarəetmə sistemində bir çox funksiyalar artıq avtomatlaşdırılıb və kompyuter pilotun bəzi vəzifələrini siğortalayacaq.

Sınaq uçuşlarının vaxtı hələ müəyyənləşdirilməyib, amma ilin sonuna kimi keçirilə bilər.

İki saatlıq uçuş ərzində sərnişinlər Yer kürəsini 100 kilometr uzaqlıqdan görə biləcək və çəkisizliyi öz üzərlərində hiss edə biləcəklər. Bu, sərnişinlərə 250 min dollara başa gələcək.

Kosmosa uçmaq niyyətini artıq 800 insan bildirib. Onların sırasında amerikalı məşhur aktyorlar Ancelina Coli və Tom Xenks da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti