...

İranın ilk neft tankeri Avropaya çatıb

Dünya xəbərləri Materials 7 Mart 2016 12:21 (UTC +04:00)
Sankriyaların ləğv edilməsindən sonra İranın ilk neft tankeri Avropaya çatıb.
İranın ilk neft tankeri Avropaya çatıb

Bakı. Elçin Hüseynov - Trend:

Sankriyaların ləğv edilməsindən sonra İranın ilk neft tankeri Avropaya çatıb. Trend Bloomberg-ə istinadən xəbər verir ki, 275 metrlik "Monte-Toledo" adlı tanker İspaniyanın sahillərinə 17 günə gəlib.

Fevral ayında İran limanlarında 29 neftlə dolu gəmi dünyanın müxtəlif istiqamətlərinə hərəkət edib. Onlardan üçü Avropaya - İspaniya, Rumıniya və Fransaya göndərilib.

İran fevral ayı ərzində 1,4 milyon tona yaxın neft ixrac edib. Gözlənilir ki, İran neft ixracatını günə 3,6 milyon tona qədər artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti