...

Dağıstanda yol qəzası: 16 yaralı

Dünya xəbərləri Materials 18 Mart 2016 05:29 (UTC +04:00)
Dağıstanda "Mahaçqala-Moskva" reys avtobusunun iştirakı ilə baş verən yol qəzası nəticəsində 16 nəfər xəsarət alıb.
Dağıstanda yol qəzası: 16 yaralı

Bakı. Trend:

Dağıstanda "Mahaçqala-Moskva" reys avtobusunun iştirakı ilə baş verən yol qəzası nəticəsində 16 nəfər xəsarət alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla saat 21:00-da baş verib.

Qeyd olunur ki, "Mahaçqala-Həştərxan" trasında hərəkət edən "KAMAZ" markalı avtomobilin təkəri qopub, avtobus sürücüsünün təkərdən çəkinmək istədiyi an maşın yol kənarına çıxıb.

Xəbər lenti

Xəbər lenti