...

Yerevan hava limanındakı "yalançı bomba"ya görə cinayət işi açılıb

Dünya xəbərləri Materials 28 Mart 2016 16:47 (UTC +04:00)
Ermənistanın İstintaq İdarəsi tərəfindən Yerevanın Zvartnots hava limanında bomba qoyulması haqqında yanlış xəbərlə bağlı cinayət işi qaldırılıb.
Yerevan hava limanındakı "yalançı bomba"ya görə cinayət işi açılıb

Bakı. Elçin Hüseynov - Trend:

Ermənistanın İstintaq İdarəsi tərəfindən Yerevanın Zvartnots hava limanında bomba qoyulması haqqında yanlış xəbərlə bağlı cinayət işi qaldırılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Bildirilir ki, martın 24-də saat 13:20-də hava limanının elektron poçtuna terror aktının törədilməsi ehtimalının olmasına dair məktub daxil olub. Məktubda deyilirdi ki, martın 24-də 558 nömrəli Yerevan-Moskva reysi ilə uçan təyyarədə, sonra isə hava limanının özündə partlayış olacaq.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, daxil olan xəbər yanlış xarakteri daşıyır.

İstintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti