...

Yaponiyada zəlzələ nəticəsində zərər çəkənlərin sayi artır

Dünya xəbərləri Materials 15 Aprel 2016 14:11 (UTC +04:00)
Yaponiyanın Kumamoto prefekturası yaxınlığında güclü zəlzələ nəticəsində zərər çəkənlərin sayi min nəfəri ötüb.
Yaponiyada zəlzələ nəticəsində zərər çəkənlərin sayi artır

Bakı. Elçin Hüseynov - Trend:

Yaponiyanın Kumamoto prefekturası yaxınlığında güclü zəlzələ nəticəsində zərər çəkənlərin sayi min nəfəri ötüb.

Trend TASS-a istinadən xəbər verir ki, fəlakət nəticəsində 9 nəfər həlak olub, mindən artıq insan xəstəxanalardadır.

Ən çox ziyan Kumamoto prefekturasının Masiki qəsəbəsinə deyib. Burada onlarla bina dağılıb, magistral yol sıradan çıxıb.

Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ aprelin 14-də qeydə alınıb.

Zəlzələnin episentri Küsü adasında 20 km dərinlikdə qeydə alınıb.

Zəlzələdən zərər çəkənlərin axtarışı üçün yerli hakimiyyət 390 hərbi qulluqçunu hadisə yerinə cəlb edib.

Zəlzələlərin seriyasından sonra müxtəlif güclü 54 qalıq təkan olub.

Qeyd edilir ki, təkanlar davam edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti