...

Sarkisyan Müdafiə Nazirliyinin vəzifəli şəxslərini qovdu (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 26 Aprel 2016 13:59 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan ölkənin müdafiə nazirinin müavini Alik Mirzabekyanın vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.
Sarkisyan Müdafiə Nazirliyinin vəzifəli şəxslərini qovdu (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Ermənistan Prezidenti Serj Sarkisyan ölkənin müdafiə nazirinin müavini, maddi-texniki təminata cavabdeh olan Alik Mirzabekyanın vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

Bundan başqa, Müdafiə Nazirliyinin Rabitə xidmətinin rəisi general-mayor Komitas Muradyan vəzifəsindən azad edilib. Həmçinin S.Sarkisyan general-mayor Arşak Karapetyanı Baş Qərargahın Kəşfiyyat idarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti