...

ABŞ Türkiyədəki vətəndaşlarını qələbəlik yerlərdən uzaq durmağa çağırıb

Dünya xəbərləri Materials 27 Aprel 2016 11:24 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ Türkiyədəki vətəndaşlarını yeni terror aktları təhlükəsi ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa çağırıb.

Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Ankaradakı səfirliyi bununla bağlı müvafiq elektron bildirişlər paylayıb.

ABŞ vətəndaşlarına, həmçinin iri turizm mərkəzlərinə, Türkiyənin cənub-şərqi vilayətlərinə səfərdən çəkinmək də tövsiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti