...

İsrail NATO-da daimi nümayəndəliyini açacaq

Dünya xəbərləri Materials 4 May 2016 13:19 (UTC +04:00)
İsrail Brüsseldəki NATO mənzil-qərargahı nəzdində daimi nümayəndəliyini açmaq hüququnu alıb.
İsrail NATO-da daimi nümayəndəliyini açacaq

Bakı. Elçin Hüseynov - Trend:

İsrail Brüsseldəki NATO mənzil-qərargahı nəzdində daimi nümayəndəliyini açmaq hüququnu alıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat katibi Emmanuel Naxşon bildirib.

O qeyd edib ki, bundan sonra İsrail həm NATO yanında öz daimi nümayənrəliyini aça, həm də öz daimi nümayəndəsinin akkreditasiya prosesini başa çatdıra biləcək.

E.Naxşon deyib ki, belə hüquq ölkəyə İsrail XİN-i və Müdafiə Nazirliyi ilə NATO arasındakı uzun sürən danışıqlardan sonra verilib.

İsrailin baş naziri və XİN-in rəhbəri Binyamin Netanyahu NATO-nun bu qərarını alqışlayıb və deyib ki, bu, ölkənin təhlükəsizləyinə yardım işində mühüm addımdır.

Qeyd edək ki, İsrail NATO-nun üzvü deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti