...

Frank-Valter Ştaynmayer: "Normand dördlüyü"nün müzakirələri çətin keçdi

Dünya xəbərləri Materials 11 May 2016 20:01 (UTC +04:00)
"Normand dördlüyü"nün xarici işlər nazirlərinin Berlindəki danışıqları mürəkkəb olub, tərəflərin mövqeləri hələlik çox fərqlənir.
Frank-Valter Ştaynmayer: "Normand dördlüyü"nün müzakirələri çətin keçdi

Bakı. Elçin Hüseynov - Trend:

"Normand dördlüyü"nün xarici işlər nazirlərinin Berlindəki danışıqları mürəkkəb olub, tərəflərin mövqeləri hələlik çox fərqlənir. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün Berlində keçirilən danışıqların nəticəsini şərh edərkən bəyan edib.

Nazir bildirib ki, müzakirələr mürəkkəb şəraitdə keçib: "Amma ab-hava Parisdəkindən daha yaxşı idi".

F.V.Ştaynmayer qeyd edib ki, tərəflərin mövqeləri bir-birindən uzaqdır: "Siyasi proses çətin gedir - bu gün irəliləyiş olmayıb".

Xatırladaq ki, Almaniya, Rusiya, Ukrayna və Fransanın XİN başçılarından ibarət "Normand dördlüyü" Ukraynanın şərqindəki vəziyyətin tənzimləməsi prosesini müzakirə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti