...

Nazirlik: Türkiyə orbitə yeni peyk buraxacaq (EKSKLÜZİV)

Dünya xəbərləri Materials 16 May 2016 09:43 (UTC +04:00)
2019-cu ilin sonuna qədər Türkiyə yeni TURKSAT 6A peykini orbitə buraxacaq.
Nazirlik: Türkiyə orbitə yeni peyk buraxacaq (EKSKLÜZİV)

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ilin sonuna qədər Türkiyə yeni TURKSAT 6A peykini orbitə buraxacaq. Bu barədə Trend-ə Türkiyənin Elm, Sənaye və Texnologiya İşləri üzrə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Türkiyənin orbitə yeni peyk buraxması ilə bağlı heç bir maliyyə problemi yoxdur.

Türkiyənin ilk kəşfiyyat peyki RASAT 2011-ci ildə orbitə buraxılıb.

2012-ci il dekabrın 18-də isə hazırda müdafiə məqsədləri üçün istifadə olunan ikinci peyki - Göktürk-2 orbitə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti