...

Dnepropetrovsk şəhəri Dnepr adlandırılacaq

Dünya xəbərləri Materials 19 May 2016 13:37 (UTC +04:00)
Ukraynanın Ali Radası Dnepropetrovsk şəhərinin Dnepr adlandırılmasına dair qərar qəbul edib.
Dnepropetrovsk şəhəri Dnepr adlandırılacaq

Bakı. Elçin Hüseynov - Trend:

Ukraynanın Ali Radası Dnepropetrovsk şəhərinin Dnepr adlandırılmasına dair qərar qəbul edib. Bu barədə Trend "112 Ukrayna" telekanalına istinadən xəbər verir.

Ali Radanın digər qərarı ilə Dneprodzerjinsk şəhəri bundan sonra Kamenskoye adlandırılacaq.

Bundan əvvəl Ukrayna parlamenti ölkənin 228 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Onların sırasında Krımın 75 yaşayış məntəqəsi də var.

Ali Rada bu addımları 2015-cı ildə qəbul olunmuş dekommunizasiya haqqında qanunun həyata keçirilməsi çərçivəsində atır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti