...

Obama yenidən ABŞ-da silahın satışını məhdudlaşdırmağa çağırdı

Dünya xəbərləri Materials 17 İyun 2016 03:26 (UTC +04:00)
Orlandoda klubda kütləvi güllələmədə həlak olmuşların ailələriylə görüş zamanı ABŞ prezidenti Barak Obama yenidən ölkədə silahın satışını məhdudlaşdırmağa çağırdı
Obama yenidən ABŞ-da silahın satışını məhdudlaşdırmağa çağırdı

Bakı. Trend:

Orlandoda klubda kütləvi güllələmədə həlak olmuşların ailələriylə görüş zamanı ABŞ prezidenti Barak Obama yenidən ölkədə silahın satışını məhdudlaşdırmağa çağırdı. Bu barədə Trend "İnterfaks" agentliyinə istinadən xəbər verir.

"ABŞ-da siyasətçilər sanki sözləşdilər ki, terrorçular və ya özünü saxlaya bilməyən insanlar asan yolla silah ala bilsin", - deyə Obama bildirib.

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti